EURO 1,9671 NEFT 75,46
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:19.05.2018 10:34:36

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası bu haqda bildirib

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir.

Bunu Trend-ə Assosiasiyanın sədri Mehriban Axundova deyib.

M.Axundovanın sözlərinə görə, bu, istehsal olunan məhsulun maya dəyərinin azaldılması məsələsinin həll olunmasından sonra həyata keçirilə bilər: 

“Bu gün Azərbaycanda tekstil istehsalının maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması məsələsi aktualdır. Söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj və uşaq geyimlərindən gedir. Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına etmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq. Eyni zamanda bazara sərfəli qiymətlərlə Pakistandan, Türkiyədən və Çindən geyim gətirilir ki, bunlar da sintetik materiallardan hazırlanır”.

M.Axundova bildirib ki, bu məsələnin həll olunması məqsədilə Assosiasiya Azərbaycan hökumətinə müraciət edəcək.


Azərbaycanda məşhur geyim brendləri istehsal oluna bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İnam Kərimov:
    Dünən İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib.
     20.06.2018
    Londonda müsəlmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi - SƏBƏB
    Londonda müsəlmanlara hücumun ildönümü 1 dəqiqəlik sükutla qeyd edildi.
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ