Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:7.08.2020 16:16:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  88.97 faizi sağalıb. Yoluxanlardan 9.58 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların -  yəni  33376 nəfərin 1.45 faizi (483 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.


Azərbaycanda koronavirusa yoluxanların cəmi 9.58 faizi aktiv xəstədir, qalanları sağalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     19.08.2022
    Pakistanlı nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     19.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ