EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:20.12.2017 12:54:41

Azərbaycanda insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağan olunur.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 15-ci (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) maddəsində əksini tapıb.

Layihədə bildirilib ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər. Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər. Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.


Azərbaycanda insanın klonlaşdırılması qanunla qadağan olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ