1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.08.2019 15:46:36

Qaxda və Zaqatalada zəlzələ olub.

Azərbaycanda iki dəfə zəlzələ qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, şənbə günü səhər saat 11:35 radələrində Zaqatala seysmoloji stansiyasından 18 kilometr cənub-qərbdə episentrdə maqnitudası 6 bal olan zəlzələ baş verib, Azərbaycan Seysmoloji Xidmət Mərkəzi bildirib.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən 5 km dərinlikdə olan episentrdə maqnitudası 6 bal olan zəlzələ ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zaqatala seysmoloji stansiyasında zəlzələnin maqnitudası 4.9 bal hiss olunub.

Bundan iki gün əvvəl, Zaqatala seysmoloji stansiyasından 24 km qərbdə maqnitudası 3 bal olan bir zəlzələ olub, lakin bu zəlzələ hiss olunmayıb, Seysmoloji Xidmət Mərkəzinin saytında bildirilir.

Fövqəladə Hallar Nazirliyinə hələ ki, xəsarət alanların olması barədə məlumat daxil olmayıb.


Azərbaycanda iki dəfə zəlzələ: 6 və 4.9 ballıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ