EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:07.02.2019 13:03:08

Azərbaycanda hər bir vətəndaş mülki silah əldə edə bilərmi, bunun üçün nə etmək lazımdır? Bu suala cavab üçün aşağıdakı məlumatı oxuya bilərsiniz...

İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikasında 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək huququ vardır.
Lakin bunun üçün qaydalar var. Məsələn əvvəllər məhkumluğu olanlar bu hüquqdan məhrum ola bilər. Ümumiyyətlə mülki silah əldə etmək üçün açağıdakı prosedurlardan keçmək lazımdır. Bu haqda hüquq mühafizə orqanlarının rəsmi saytlarında məlumatlar mövcuddur.

Azərbaycanda hər bir vətəndaş mülki silah əldə edə bilərmi? 

Bunun üçün mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya BİTİ-yə müraciət edir.

Xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
1.  Ərizə;
2. AR-nın vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
3. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;
4. 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılır.
AR-nın Müdafiə, Milli Təhlükəsizlik, DİN, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər operativ uçotlar üzrə yoxlanılmır.
Mülki silahın əldə edilməsinə xüsusi icazə və şəhadətnamənin verilməsi üçün vətəndaşlardan ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda tibbi arayış tələb edilmir və məhkumluq yoxlanılmır.
Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq AR-dan aparmalıdırlar. Nəzərdə tutulmuş müddət pozularsa, həmin silah müsadirə olunur.


Azərbaycanda hər bir vətəndaş mülki silah əldə edə bilərmi? - QAYDALAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ