1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:25.12.2017 08:44:52

Azərbaycanda “halal” hotellər olmasa da, onlara tələbat kifayət qədərdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu tip hotellərə marağın yüksək olmasına baxmayaraq, onlar hələ ki, fəaliyyət göstərmirlər: “Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, “halal” hotel olmasa da, hotellərdə dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmirlər. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, müştərinin istəyi nəzərə alınsın. Lakin buna baxmayaraq, hotellər yenə də tam “halal” hotel kimi xidmət göstərmirlər”.

Mütəxəssis qeyd edib ki, Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir.


Azərbaycanda halal turizmin tətbiqi zəruridir - Rəhman Səfərov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ