EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:22.04.2019 09:36:35

Bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

“Report” xəbər verir ki, bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdim etdiyi siyahıya uyğun olaraq, aprelin 19-dan MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN kredit təşkilatlarına vəsaitləri mərhələli şəkildə, MBNP ilə razılaşdırılmaqla köçürəcək. 


Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsilə bağlı SON XƏBƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İspaniya Kubokunun sahibi - Valensiya oldu
    Bu gün İspaniya Kubokunun final oyunu keçirilib
     26.05.2019
    Müsavat: Müdaxilə edildiyinə görə tədbirimiz baş tutmadı
    2019-cu il mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası Zaqaitala Rayon Təşkilatının növbəti qurultaya hazırlıqla konfansını kçeiirlməsinə polis kobud şəkildə müdaxilə edib və tədbir baş tutmayıb
     26.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ