EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:30.01.2019 12:24:25

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb. Belə olan halda, dolların hansı həddə qədər bahalaşağı müzakirə mövzusuna cevrilib.

Məsələ ilə bağlı Yenicag.az iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib:

“Neft qiymətləri ilə bağlı problemlər davamlı şəkildə olacaqsa, Azərbaycan hökuməti valyuta ehtiyatlarından manatın məzənnəsi üçün istifadə etməyəcək. Yumşaq formada məzənnənin dəyərdən düşməsinə çalışacaq, bununla bağlı qərarlar verəcək.
2018-ci ilin sonunda maliyyə naziri Samir Şərifov da manatın məzənnəsinin möhkəm olmasının Azərbaycan iqtisadiyyatına sərf etmədiyini söyləmişdi”.

Ekspert dolların bahalaşacağı halda, üçüncü devalvasiyanın da qaçılmaz olacağını bildirib:

“Neft qiymətlərində azalmalar davamlı şəkildə getsə, 2020-2021 ildə təqribən 2 manat bir dollara bərabər ola bilər. Neft 40 dollardan aşağı düşərsə, manat daha kəskin ucuzlaşa bilər. Bu zaman 1 dolların 3 manata qədər bahalaşması mümkündür”.


Azərbaycanda dollar 3 manata qədər bahalaşa bilər - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ