EURO 1,9066 TRY 0,2519
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2020 19:07:42

Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240 220 test aparılıb.


Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ