1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.02.2019 23:08:32

Ölkədə beş özəl televiziyanın hər birinə 600 min manat vəsait ayrılıb.

Ölkədə beş özəl televiziyanın hər birinə 600 min manat vəsait ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə qərar Milli Televiziya və Radio Şurasının fevralın 5-də keçirilən iclasında qəbul olunub.

İclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında prezidentin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

İclasda “İctimai Televiziya”nın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.


Azərbaycanda beş televiziyaya ümumilikdə 3 milyon manat pul ayrıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ