1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.11.2017 22:37:12

Şahin Diniyev istefa verdi: "Mən sözü bir dəfə deyirəm"

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib. Bu barədə apasport.az saytına 51 yaşlı mütəxəssisin özü məlumat verib.

Diniyev bu addımı ölkə çempionatının XII turu çərçivəsində bu gün “Səbail”ə məğlub olduqları oyundan sonra atıb. Qarşılaşma ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

İstefası haqda qısa danışan Diniyev bunları deyib: "Öz istəyimlə istefa verdim. Qərarımı oyunsonrası mətbuat konfransında açıqladım. Qərarım rəhbərlik tərəfindən qəbul olundumu? Mən sözü bir dəfə deyirəm, geriyə dönüş yoxdu. İstefa verdimsə, deməli, bu postu tərk edirəm".

Qeyd edək ki, Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı. (lent.az)


Azərbaycanda baş məşqçi istefa verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ