1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:27.03.2018 12:36:59

Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir. 

Beynin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təkrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir:

"Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır".


Azərbaycanda 60 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ