Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:24.12.2021 15:38:04

"İndiyədək mobil texnologiyaların zərərinə dair bir dənə də olsun belə sübut yoxdur".

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti tərəfindən beşinci nəsil (5G) texnologiyanın geniş tətbiqi üçün bazar araşdırmaları aparılır.

İslamazeri.com xəbər verir ki, bunu "Azercell"in Media ilə əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, 5G şəbəkəsinin ilk dəfə "Azercell" tərəfindən paytaxtın mərkəzində məhdud ərazidə sınaq rejimində buraxmasına baxmayaraq, bu şəbəkə hələ geniş əhatəyə malik deyil.

"Hazırda biz infrastrukturun qurulması ilə yanaşı, araşdırmalar aparırıq. Bazar hazır olduğu zaman biz onu (5G-ni – red.) işə salmağa hazır olacağıq", - N. Şıxlinskaya qeyd edib.

5G baza stansiyalarından elektromaqnit dalğalarının ətraf mühitə və xüsusən də əhalinin sağlamlığına nə dərəcədə təsir etdiyi ilə bağlı sualı cavablandırarkən şirkət rəsmisi bildirib ki, qeyd olunan məsələ hələ də fərziyyə olaraq qalır və buna dair heç bir tutarlı sübut ortaya qoyulmayıb.

"Bu mövzuya dair danışıqlar aktuallığını itirsə də, uzun müddətdir ki, davam edir. İndiyədək mobil texnologiyaların zərərinə dair bir dənə də olsun belə sübut yoxdur. Hesab edirəm, bu, müxtəlif dairələrin müəyyən məqsədlə təbliğ etdiyi fərziyyə səviyyəsində qalır. Qlobal şəbəkənin yayılmasının qarşısını almaq nə mümkün, nə də məqsədəuyğun deyil, çünki bu, birbaşa iqtisadi inkişafla bağlıdır. Qeyd edim ki, eyni fərziyyələr elektrik şəbəkələr, eləcə də 3G və 4G texnologiyalar ilk dəfə istifadəyə veriləndə də səsləndirilib. Bizi ilk növbədə, abunəçilərimizin sağlamlığı və rifahı maraqlandırır. Biz heç vaxt abunəçilərin hər hansı risklə üzləşməsinə imkan verməyəcəyik. Buna görə də "Azercell" dünya bazarında mövcud olan ən son və qabaqcıl texnoloji həllərdən istifadə edir. Onu da qeyd edim ki, hər hansı texnoloji həll işə salınmazdan əvvəl müxtəlif səviyyələrdə və hərtərəfli sınaqdan keçirilir", - deyə N. Şıxlinskaya əlavə edib.


Azərbaycanda 5G-nin geniş tətbiqi üçün bazar araşdırmaları aparılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ