1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.10.2018 15:49:39

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şuradan İslamazeri.com-a daxil olan məlumata görə, iclasda şuranın sədri Fikrət Məmmədov çıxış edib.

İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.


Azərbaycanda 5 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, bir hakim cəzalandırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda mağazadan külli miqdarda partlayıcı vasitələr götürülüb
    Bakıda mağazada külli miqdarda partlayıcı vasitələr aşkarlanıb.
     15.12.2018
    Niyə bəzilərinin gözü şəhid Mübarizi götürmür? - SORĞU
    Bəziləri Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salır və erməniləri düşmən bilmir. Sizcə belə kəslər harda yanılırlar? Onlar niyə şəhid Mübarizin qəhrəmanlığını qəddarlıq hesab edirlər?
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ