1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.12.2017 15:45:36

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, bu məlumat əsasında, Bakının Binəqədi rayonunda Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.
Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Bundan başqa, onun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.
İstintaqla müəyyən edilib ki, vətəndaş ötən ayın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İranda və Azərbaycanda adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslərin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdiyi, ümumi xalis çəkisi 4 930,634 qram olan həşiş qətranını Bakının Qaradağ rayonundakı "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.
Beləliklə, E.Şirinov şübhəli şəxs qismində tutulub, ona təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Azərbaycanda 5 kq-a yaxın narkotik vasitənin satışının qarşısı alınıb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ