1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:28.05.2019 00:18:17

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.

Uzun bir dövr ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və müasirləşmək bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.


Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ müdafiə naziri İraqda xidmət keçərkən
    Cümə günü ABŞ Senatı prezident Co Baydenin nominasiya etdiyi Lloyd Austinin Müdafiə Naziri vəzifəsinə təsdiqləyib.
     23.01.2021
    Razılıq əldə olundu: Rusiyanın Sputnik V” peyvəndi Türkiyədə də istehsal olunacaq
    Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsal edən müəssisəsi ilə Türkiyədə koronavirusa qarşı “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ