Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:27.10.2021 11:11:02

Səhiyyə üçün ayrılan vəsaitin bir hissəsinin əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması xərcləri üçün nəzərdə tutulduğu bildirilir.

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 milyard 788 milyon 619 min 634 manat vəsait ayrılıb.

İslamazeri.com xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 1 milyon 664 min 544 manatı poliklinikalar və ambulatoriyalara, 171 milyon 143 min 669 manatı xəstəxanalara, 2 milyon 588 min 726 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 613 milyon 222 min 695 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 milyard 125 milyon 674 min 629 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.


Azərbaycanda 2022-ci il üçün səhiyyə sahəsinə 1,8 milyard manata yaxın vəsait ayrılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ