EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:05.05.2018 12:17:09

Azərbaycan XİN: İranın nüvə proqramı barədə məlumatların Azərbaycandan keçirilməsi məlumatı tam saxtadır

Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə dərc olunan bir sıra KİV-lərdə İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılmış informasiyaları təkzib edib.

“Bəzi KİV-lərdə İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılmış informasiyalar ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, bu barədə Kuveytin Əl-Cəridə saytı yazıb, Nyu York Times və digər media orqanlarında buna toxunulub.


Azərbaycan XİN İsrailin iddiasını gücləndirmək məqsədilə yayılan İran əleyhinə xəbəri təkzib etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ