EURO 1,8744 TRY 0,2954
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.09.2019 10:10:37

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz artib

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3 milyon 115,1 min nəfər olub.

Virtualaz.org bildirir ki, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.


Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edir: İran, Gürcüstan...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslamı qəbul etmiş milyarder ailənin tək varisi Eduardo Aniellinin vəfatının ildönümüdür
    Başqalarından fərqli olaraq həmişə Eduardonun əhatəsində olan azsaylı əqidə dostları bu hadisənin mümkünsüzlüyünü deyirdilər.
     15.11.2019
    “Dünya dini liderlərinin II Bakı Sammiti”nin Bakı Bəyannaməsi
    “Dünya dini liderlərinin II Bakı Sammiti”nin Bakı Bəyannaməsi qəbul olunub
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ