1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.10.2018 10:47:41

Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq.

"Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar."

Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq:

"Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər".

Onun sözlərinə görə, Rusiyada artıq bu istiqamətdə istifadə oluna biləcək kruiz teploxodu inşa edilir.

O.Ruhullayeva qeyd edib ki, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Forumu çərçivəsində də həmin layihə üzrə müzakirələr aparılıb:

"Rusiya Prezidenti Bakıdakı nitqi zamanı Xəzərdə dəniz turizminin inkişafı üzrə ciddi istiqaməti vurğuladı. Biz də azərbaycanlı həmkarlarımızla forum çərçivəsində dəyirmi masa arxasında bu layihənin yaradılması ideyasını müzakirə etdik. Görüşün yekunu üzrə Azərbaycandan olan həmkarlarımızla Xəzərdə birgə layihənin işlənməsi və sinxronlaşdırılması barədə razılıq əldə etdik".

Nazir müavini deyib ki, Rusiya İqtisadiyyat Nazirliyinin "Rosturizm"lə və Azərbaycan tərəfi ilə birgə vəzifəsi marşrutun yaxın gələcəkdə tam gücü ilə işləməsi üçün infrastrukturun hazırlanmasıdır.


Azərbaycan və Rusiya Xəzərdə dəniz turizminin inkişafı üçün birgə layihə hazırlayırlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ