EURO 2,0137 TRY 0,2153
USD 1,7 RUB 0,0224
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:08.06.2020 13:04:32

Azərbaycan və İran müştərək sənaye şəhərciyi və logistika terminalını istifadəyə verəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərdəbil əyalətinin Proqramlaşdırma və İdarəetmə Təşkilatının sədri Davud Şayiqi deyib.

O bildirib ki, logistika terminalı və Azərbaycan-İran müştərək sənaye şəhərciyinin  yaradılmasında məqsəd Parsabad-Muğan sərhəd bölgəsində ticari və iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir: “Logistika terminalının yaradılması ilə Ərdəbil əyalətindən  Qafqaz ölkələri, Orta Asiya və Rusiyaya məhsulların ixracatı artacaq. İstehsal,  qablaşdırma və sənaye sahəsində sərmayə yatırmaq sahəsində sıçrayış olacaq”.

Ərdəbil əyalətinin ikinci böyük şəhəri olan Parsabad şəhərini Biləsuvar şəhərinə birləşdirmə layihəsinin icra olunduğunu deyən D. Şayiqi bildirib ki, Parsabad-Biləsuvar magistral yolu dördzolaqlı olacaq. Bu layihənin icrası prioritet məsələdir və bundan başqa Parsabad şəhərində infrastrukturun təkmilləşdirilməsi işləri bu il ərzində həyata keçiriləcək.

D. Şayiqi onu da deyib ki, hazırda logistika terminalının və müştərək sənaye şəhərciyinin təsis edilməsi üçün hazırlıq işləri görülür.


Azərbaycan və İran müştərək sənaye şəhərciyi və logistika terminalı yaradır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ