Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.06.2022 17:16:37

Son vaxtlar Azərbaycanda gerçəkləşdirilən yarışlar barədə məlumat verən nazir birgə təlim-məşqlər və turnirlərin təşkilinin mümkünlüyünü qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində iranlı həmkarı Həmid Səccadi ilə görüşüb.

Nazirlikdən "İslamazeri.com"a verilən məlumata görə, H.Səccadi tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə F.Qayıbova minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, bundan sonra əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.

Səmimi sözlərə görə həmkarına təşəkkür edən F.Qayıbov təkliflər barədə eyni fikirdə olduğunu bildirib və bu günlərdə Xəzər dənizində açıq suda üzmə yarışının təşkil ediləcəyini bildirib.

Son vaxtlar Azərbaycanda gerçəkləşdirilən yarışlar barədə məlumat verən nazir birgə təlim-məşqlər və turnirlərin təşkilinin mümkünlüyünü qeyd edib.

O, görüşdə qeyd edilən təkliflərin dəyərləndiriləcəyini də bildirib.


Azərbaycan və İran birgə yarışlar təşkil edə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ