EURO 1,9921 NEFT 72,13
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:13.05.2018 22:07:57

Rusiyada keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

"Report"un məlumatına görə, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.


Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bil Geytsdən 55 milyard dollar daha varlı insan - FOTO
    Dünyanın ən varlı adamı yeni rekord vurdu.
     17.07.2018
    Vergilər nazirinin müavini: “Sentyabrdan maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək”
    Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ