Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:19.11.2021 19:31:35

Keçmiş SSRİ-yə daxil olan 3 ölkə - Azərbaycan, Özbəkistan və Ukrayna ittifaqın xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina edib.

İslamazeri.com “İnterfax”a istinadən xəbər verir ki, bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.

Bu arada adını açıqlamayan yüksək səviyyəli Qərb nümayəndəsi bildirib ki, memorandumu imzalamayan ölkələr G7 ölkələrindən “bir sent də kredit ala bilməyəcək”, digər ölkələrin isə böyük məbləğdə kreditinə ümid bağlamasın.


Azərbaycan SSRİ-nin borcunu ödəməkdən imtina etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ