Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:26.02.2021 14:16:27

Azərbaycan Prezidenti İlham Əliyev İranın "Mehr" agentliyinin jurnalistinə irad bildirib.

İslamazeri.com "Sputnik Azərbaycan"a istinadən məlumatına əsasən, dövlət başçısının keçirdiyi mətbuat konfransında iranlı jurnalistin İkinci Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.

İlham Əliyevin cavabı belə olub: "Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?".

Jurnalist çətin vəziyyətə düşərək deyib: "Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım".

Prezident isə qeyd edib: "Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız".

Jurnalist daha da çətin duruma düşüb və "gəlin ikinci sualıma cavaba keçək".

İlham Əliyev isə deyib: "Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim Ordumuz torpaqlarımızı işğaldan azad edib".


Azərbaycan Prezidenti İranlı jurnalistə: Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ