Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirlyi bir az əvvəl məlumat yayıb.
Məölumatın davamında deyilir:
"Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq."
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub