Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:2.12.2021 17:02:12

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ordusunun sərhədin Laçın, Kəlbəcər istiqamətindəki bəzi mövqelərdən geri çəkilməsi barədə məlumatlara münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan mediası Ermənistan mediasına istinadları minimuma endirməlidir.

“Çünki Ermənistan tərəfi kifayət qədər yalan, saxta məlumatlar yayır. Bu, həm də Ermənistanın daxilində gedən proseslərlə əlaqədardır”, - deyə Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda sərhəddə vəziyyət sabit olaraq qiymətləndirilir.

“Azərbaycan hərbçiləri Azərbaycanın suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, - deyə Hikmət Hacıyev fikrini yekunlaşdırıb.


Azərbaycan ordusu mövqelərdən geri çəkilib? - RƏSMİ AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022
    Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ