1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:04.02.2019 09:55:45

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

Gürcüstanın Mtsxeta-Mtianeti regionunda, Qudauri qəsəbəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün aralıq qış dağ hazırlığı kursu keçirilir.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kurs Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbi tərəfindən keçirilir.

Kursda Azərbaycan, Litva, Belarus, Ukrayna və Gürcüstanın, ümumilikdə 14 hərbçisi iştirak edir. Azərbaycanı təlimdə 1 hərbçi təmsil edir.

Təlim çərçivəsində hərbçilər xizəklərlə hərəkət etmə texnikası və enişli yollarda maneələr cərgəsini keçmək, qarda gecə sığınacağının qurulması və qar uçqununa düşən şəxsin xilas olunması üzrə biliklər əldə edirlər.

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

Kurs fevral ayının 8-də başa çatacaq. İştirakçıların hamısı sertifikatlar və mükafat nişanları ilə təltif olunacaqlar. Hazırlıq prosesində fərqlənmiş hərbçilərə qrup rəhbəri tövsiyənamə verəcək. (“Report”)


Azərbaycan NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda təmsil olunur - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ