1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.12.2017 11:00:10

Manat devalvasiyadan əvvəlki dövrlə müqayisədə 116% ucuzlaşıb

Azərbaycanın milli valyutası - manatın 2015-ci il dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından iki il ötüb. Həmin gün ölkə ABŞ dollarının rəsmi məzənnəsi 1,0499 AZN/USD səviyyəsindən 47,6% artımla 1,55 AZN/USD-yə yüksəlib. "Report" xəbər verir ki, buna səbəb qlobal bazarda neft qiymətlərinin 27 dollar/barelə qədər geriləməsi amili olub.

İkinci devalvasiyadan sonra manatın ucuzlaşması davam edib və 2017-ci il fevralın 1-də məzənnə 1,92 AZN/USD səviyyəsinə çatıb. Bununla da manatın məzənnəsi ilk devalvasiya (21.02.2015-ci il) nəzərə alınmaqla 144%, ikinci devalvasiyadan sonra isə 83% ucuzlaşıb.

Xatırladaq ki, Azərbaycan manatının ilk devalvasiyası zamanı dolların rəsmi məzənnəsi 33,6% artırılaraq 0,7862 AZN/USD səviyyəsindən 1,05 AZN/USD-yə yüksəlib. Buna səbəb isə, neft qiymətlərinin 120 dollar/bareldən 60 dollar/barelə qədər azalması olub.

2017-ci ilin əvvəlindən qlobal neft bazarında OPEC və ona üzv olmayan ölkələrin səyi nəticəsində sabitlik bərpa olunub və qiymətlərdə yüksəliş başlayıb. Neft qiymətləri 27 dollar/bareldən 2,4 dəfə artaraq 65 dollar/barelə çatıb. Nəticədə, Azərbaycanda dolların məzənnəsi fevralın 1-dən etibarən azalmağa başlayıb və 11,5% azalaraq bu günə 1,7001 AZN/USD-yə geriləyib. Bu gün rəsmi məzənnə ilk devalvasiyadan əvvəlki dövrlə müqayisədə 116% yuxarıdır.


Azərbaycan manatının ikinci devalvasiyasından 2 il ötüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda xüsusi əməliyyat keçirilib, 3
    Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.
     19.04.2018
    Məşhəddə alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb oldu - VİDEO
    İranın Məşhəd şəhərində alış-veriş mərkəzində kütləvi rəqs rəsmilərin istefa və həbslərinə səbəb olub
     19.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ