1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.07.2018 14:40:10

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.


Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • General Cəfəridən Pakistana qaçırılan İran əsgərləri barədə mühüm AÇIQLAMA
    General Cəfəri sərbəst buraxılan beş əsgərin Pakistan dövlətinin himayəsi altında olduğunu ifadə edib.
     16.11.2018
    Səudiyyə rejiminin yeni etirafı: Qaşıqçı İstanbul Konsulluğunda...
    Baş Prokurorluq cümə axşamı günü Camal Qaşıqçı dosyesi haqqında yeni bir etiraf edib.
     15.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ