1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:29.01.2019 09:54:58

Hacıqabul rayonunda yerləşən “Hacıqabul quşçuluq” fabriki yumurta istehsalı həcmini azalda bilər.

Hacıqabul rayonunda yerləşən “Hacıqabul quşçuluq” fabriki yumurta istehsalı həcmini azalda bilər.

İslamazeri.com xəbər verir ki, bunu Trend-ə fabrikin anbar rəisi Mikayıl Salahov deyib.

M.Salahovun sözlərinə görə, bu onunla əlaqədardır ki, fabrik bazarda yaranmış rəqabətlə bağlı öz məhsullarının satışında problemlə üzləşir:

“Bazara Ukraynadan yumurtaların gətirilməsi ilə əlaqədar yerli məhsulun satışları əhəmiyyətli dərəcədə azalıb. Fabrik gündəlik olaraq bir milyondan çox yumurta istehsal edir. Eyni zamanda, illik həcm 300-320 milyon ədəd təşkil edir. Müəssisə istehsalat həcmini artırmaq gücündədir, amma tez xarab olan məhsul ticarət obyektlərində qaldığı üçün bu məsələ hələlik gündəmdə deyil”.
Anbar rəisi bildirib ki, ötən il müəssisə İraqa kiçik həcmdə yumurta ixrac edib:

“Ötən il İraqa yumurta ixracı ilə bağlı təkliflər nəzərdən keçirilib. Hazırda biz qonşu İrana ixraca başlamışıq və böyük ehtimalla tədarük il ərzində həyata keçiriləcək”.


Azərbaycan keçən il İraqa yumurta ixrac edib, indi də İrana edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ