Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.05.2022 15:22:28

Azərbaycan İran İslam Respublikası ilə ticarət əlaqələri və qarşılıqlı gömrük əməkdaşlığını genişləndirmək istəyir.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İran-Azərbaycan Araz çayı sərhədində şıxışı zamanı bildirib.

O, bu səfərin iki ölkə arasında ticarət mübadiləsinin səviyyəsinin və dəyərinin artmasına səbəb olacağına ümidvar olduğunu bildirib.

İranın Gömrük İdarəsinin (İRİCA) rəhbəri Əlirza Müqəddasi isə bildirib ki, İran Azərbaycanla qarşılıqlı fəaliyyət və ticarət əməkdaşlığı İran rəsmiləri tərəfindən həmişə vurğulanıb.

O əlavə edib ki, Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin gömrük işçiləri arasında mövsümi görüşlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanla İran arasında imzalanan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”na uyğun olaraq Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu yol Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də mühüm rola malik olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan və İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 122 milyon 323 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin ilk rübünün nəticələri ilə müqayisədə 21 milyon 48 min ABŞ dolları və ya 20,8 % çoxdur.

Bunun 8 milyon 442 min ABŞ dolları Azərbaycandan İrana ixrac təşkil edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3 milyon 166 min ABŞ dolları və ya 60 % çoxdur.

Bu ilin ilk üç ayında Azərbaycan İrandan 113 milyon 881 min ABŞ dollarlıq məhsul və mal idxal edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17 milyon 882 min ABŞ dolları və ya 18,6 % çoxdur.


Azərbaycan İranla ticarət əlaqələrini genişləndirmək niyyətindədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ