Astara sərhəd keçid məntəqəsində ticarət xərclərini azaltmaq məqsədi ilə Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək.

Astara sərhəd keçid məntəqəsində ticarət xərclərini azaltmaq məqsədi ilə Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Astara Gömrük İdarəsinin rəhbəri Rəsul Ümidi deyib.
O bildirib ki, müştərək ticarət darvazasının infrastrukturunun yaradılmasına dair işlərin 70 faizi yekunlaşıb. Yaxın 1 il ərzində darvaza istifadəyə veriləcək.
Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Astara dəmir yolu vasitəsilə ixrac olunan məhsullar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.
Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək