EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:03.05.2019 09:47:13

Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.

Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.
Azərbaycan Triatlon Federasiyasından Azvision.az -a verilən məlumata görə, idmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. R.Pevtsov həm də payızda ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib. İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

Qeyd edək ki, dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.


Azərbaycan idmançısı dünya çempionu oldu - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DYP-dən şikayətçiyə cavab - FOTOFAKT
    Cavab məktubunu təqdim edirik...
     27.05.2019
    Xalidə Bayramovanın vəzifəsi əlindən alındı - Elinanın ölümündə adı hallanırdı
    Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
     27.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ