EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:16.01.2019 00:38:03

Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışlarına hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışlarına hazırlaşır. İslamazeri.com AGF-yə istinadla xəbər verir ki, turnirdə 30 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya

Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 dünya kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır. Turnirdə iştirak edəcək nümayəndə heyətlərinin adlarının qeyd olunduğu siyahı yanvarın sonlarında məlum olacaq.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.


Azərbaycan Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ