EURO 1,9349 NEFT 56,54
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:14.03.2018 12:58:34

"Kriptovalyuta ticarətinin tənzimlənməsi haqqında" qanun layihəsini hazırlamaq üçün işçi qrupu yaradılıb

İslamazeri.com xəbər verir ki, Böyük Britaniyanın Mərkəzi Bankı funt sterlinqə bağlı kriptovalyutanı dövriyyəyə buraxmağı planlaşdırır, iki həftə əvvəl isə "Kommersant" qəzeti Rusiya maliyyə monitorinqi xidmətinin rəis müavini Pavel Livadnıya istinadən bildirmişdi ki, RF Maliyyə Nazirliyi və Mərkəzi Bankı milli kriptovalyuta yaratmaq barədə düşünür.

Azərbaycanda elektron pullar əsrinə hazırlaşırlar. "Kriptovalyuta ticarətinin tənzimlənməsi haqqında" qanun layihəsini hazırlamaq üçün işçi qrupu yaradılıb, deyə bu qrupa daxil olan məlumatlı mənbə "1news.az"a bildirib. Bu, ölkədə ilk bu cür qanun olacaq.

Qeyd edək ki, Azərbaycanda "azcoin" adlı sayt bu adla kriptovalyuta yaratdığını iddia edir. Saytın bu haqda məlumatında deyilir: "AzCoin" heç bir halda hazırda istifadədə olan kağız və dəmir naminallara alternativ deyil və tətbiqinə rəsmi dövlət səviyyəsində icazə verilməyənə qədər ödəniş vasitəsi və alqı-satqı predmeti kimi istifadə edilə bilməz. Bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq. O ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. AzCoin alqı-satqı və məişət tələbatlarının təmin edilməsi üçün tarixən istifadə olunmuş və olunan ödəniş vasitələrinin (barter üsulu, dəmir və kağız naminallar) keçdiyi ikişaf mərhələsində yeni səhifədir. Yaxın tarixə qədər: Simli telefon aparatı, Hesablayıcı abaküs, Yazı makinası istifadə etmiş dünya hal hazırda:Smartfonlara, Hesablayıcı elektron maşınlara(kalkulyator), Kompyuterlərə və bu kimi müassir texnologiyalara qədər inkişaf edibsə, deməli, növbəti mərhələdə də elektron valyutanı özünün tələbatına çevirməli idi. Artıq texnoloji proses email-ə, Mesenger-ə, WhatsApp-a qədər inkişaf mərhələsi keçib. AzCoin sistemi hazırki mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur.


Azərbaycan elektron pullar əsrinə hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karadavinin qızı və kürəkəninin nəzarət müddəti uzadılıb
    Aəla Karadavi ilə həyat yoldaşı "qeyri-qanuni təşkilata üzv olmaq" ittihamı ilə yarım ildir nəzarətdə saxlanılır.
     19.12.2018
    Bakıda avtobus qadın piyadanı vurub öldürdü
    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ