1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:01.10.2018 10:24:57

Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəklərdə müzakirəyə çıxarılaraq, xüsusəndə valideynlərin narazılığına səbəb olub.

Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəklərdə müzakirəyə çıxarılaraq, xüsusəndə valideynlərin narazılığına səbəb olub.

Valideynlərin iddialarına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər.

Şeirin bir misrasına nəzər salaq:

Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.

3-cü sinif ''Azərbaycan dili'' dərsliyinin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. Sözügedən şeirin adı isə "Otuz Altı" adlanır. Şeiri tərcümə edən isə elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Valideynlərin bir qismi kitabda uşaqlara tapşırıq olaraq verilən bu şeirin birbaşa şagirdlərin dərsdən yayınmaları üçün psixoloji təsir göstərdiyini deyirlər.

Dərsliyin müəllifi və şeiri tərcümə edən Gülşən Orucova isə deyilənələrlə razılaşmayaraq bildirir ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər əslində şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.

Gülşən Orucova bildirir ki, şeirin əks olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı da heç bir problem yaşanmayıb. ("Xəzər Xəbər")


Azərbaycan dili dərsliyində zərərli şeir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ