EURO 1,9658 NEFT 73,3
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:16.02.2018 21:20:39

Boks üzrə Azərbaycan milli komandasının fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq “Strandja” turniri üçün heyəti açıqlanıb.

Boks üzrə Azərbaycan milli komandasının fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq “Strandja” turniri üçün heyəti açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən  verilən məlumata görə, 69-cu dəfə keçiriləcək yarışda kişi və qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan kişi boksçuların turnirində təmsil olunacaq. Yığmanın məşqçilər korpusu 7 idmançını - Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədlini (91 kq) sınaqdan çıxaracaq. Fikrət Hacıyev isə hakim kimi rinqdə olacaq.

Yığma Boks Mərkəzindəki təlim-məşq toplanışını fevralın 17-də başa vuracaq və Bolqarıstana yollanacaq.

Qeyd edək ki, bir həftəyədək davam edəcək “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.


Azərbaycan boks yığmasının beynəlxalq turnir üçün heyəti açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bayrağımız bundan sonra belə asılacaq - Nazirlər Kabinetindən qərar
    Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli qərarında yol verdiyi səhvi aradan qaldırıb.
     22.06.2018
    İrandan ABŞ-ın BMT İnsan Haqları Şurasından çəkilməsinə reaksiya
    Məhəmməd Cavad Laricani ABŞ-ın BMT İnsan Haqları Şurasından çəkilməsinə reaksiya göstərdi.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ