1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.11.2019 13:09:28

REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu vəzifədən istefa verib

«Respublikaçı Alternativ” -  REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu vəzifədən istefa verib və partiya sıralarını tərk edib. Bu barədə o, bugünki mətbuat konfransında bildirib.

Qasımlı öz qərarını partiya lideri İlqar Məmmədovla fikir ayrılıqlarının olması ilə izah edib. Qasımlının sözlərinə görə, son 6 ay ərzində partiyada kollektiv qərarların qəbulu “zəifləyib”.

Qasımlı Məmmədovu avtoritar idarəetmə üslubunda və təkbaşçılıq qurmaq cəhdində ittiham edib.

Öz növbəsində, İlqar Məmmədov bir neçə gün əvvəl partiyanın strukturlarında islahat təşəbbüsü ilə çıxış edib. O, 125 birmandatlı dairənin hər birində yerli təşkilatlar yaratmağı təklif edib.

Məmmədov Partiyanın İdarə Heyətini, Məclisini və Nəzarət-Reviziya komissiyasını ləğv etməyi, onların yerinə şərti olaraq Siyasi Komitə adlandırılan vahid struktur təsis etməyi təklif edir. Onun komanda üzvlərinin sayı 10-15 nəfər, seçkilər dövründə isə 125 nəfərə qədər olmalıdır. Komitə qurultayda seçilir, seçkilər dövründə isə genişləndirilə bilər.

Məmmədov hesab edir ki, sədri qurultay deyil, Siyasi Komitə seçməlidir. (Turan)


Azər Qasımlı İlqar Məmmədovla fikir ayrılıqları ilə əlaqədar REAL-ı tərk edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ