EURO 1,9848 NEFT 78,59
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:06.09.2018 10:54:45

Azərbaycan hökuməti Bakıda keçiriləcək dünya çempionatında Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib.

Azərbaycan hökuməti Bakıda keçiriləcək dünya çempionatında Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib.

“Report”un məlumatına görə, bunu TASS-a gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yarış ərəfəsində əvvəlki turnirlərdə olduğu kimi, Ermənistan yığması Azərbaycan dövləti tərəfindən təhlükəsizliklə bağlı təminat alıb: “Bu dəfə bütün təminatlar verilib. Dövlət adından təhlükəsizliklə bağlı tam təminat və viza dəstəyi ilə bağlı müqaviq sənəd təqdim olunub. Məktubun surəti Beynəlxalq Cüdo Federasiyasına (IJF) və Avropa Cüdo İttifaqına (EJU) göndərilib. Biz bütün öhdəlikləri yerinə yetirmişik. İndi bu cür vəziyyətin yaranmasının səbəbi tamamilə anlaşılmazdır”.

Nazir deyib ki, Ermənistan nümayəndə heyəti ilk dəfə 2007-ci ildə güləş üzrə dünya çempionatı üçün Bakıya gəlib: “Həmin vaxt Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə qonaqlarımıza təhlükəsizliklə bağlı təminat verən razılaşma imzalanmışdı. Daha sonra mən cüdo üzrə gənclər arasında Avropa çempionatı ərəfəsində Yerevana getdim. Həmin vaxt da cüdoçularımızın oradakı yarışda iştiraklarına imkan verən müvafiq sənəd imzaladıq”.

A.Rəhimov daha sonra tərəflərin səfərlər və razılaşma imzalamaqdan ötrü vaxta qənaət etmələri məqsədi ilə dövlət tərəfindən Ermənistan tərəfinə təminat məktubunun göndərildiyini söyləyib: “Beləliklə, 23 erməni idmançı Bakıda I Avropa Oyunlarında iştirak etdilər. Onlar, eləcə də məşqçilər korpusu qayıdandan sonra hər şeydən razı qaldıqlarını yazmışdılar”.

Daha əvvəl Ermənistanın İdman Nazirliyi "Azərbaycan tərəfinin rəsmən lazımi təhlükəsizlik zəmanəti verməkdən imtina etdiyini" əsas gətirərək, dünya çempionatına qatılmayacaqlarını bildirib. EJU-nun prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında problemin həllini tapması üçün şansın olduğunu bildirib. Lakin o, dünya çempionatının startına az bir zamanın qaldığını da vurğulayıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.


Azad Rəhimov: “Azərbaycan hökuməti Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda kənd qadınlarına pul mükafatı veriləcək
    Bu barədə layihənin rəhbəri Gülbəniz Qəmbərova bildirib.
     19.09.2018
    Zakir Həsənov Sergey Şoyquya məktub ünvanlayıb
    Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ