EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:04.02.2019 15:45:09

Qeyd edək ki, aksiz vergisinin tətbiq edilməsi ilə əlaqədar fevralın 10-dan etibarən energetik içkilər və siqaretin qiymətində bahalaşma olacaq.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

Azvision.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən, həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , elektron siqaret üçün maye, siqaret, siqar ve siqarillaların müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib.

Qeyd edək ki, aksiz vergisinin tətbiq edilməsi ilə əlaqədar fevralın 10-dan etibarən energetik içkilər və siqaretin qiymətində bahalaşma olacaq.


Ayın 10-dan energetik içkilər və siqaret bahalaşacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
    Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.
     22.04.2019
    Marneulidə İmam Məhdinin (ə.f) mövlud mərasimi keçirilib - FOTO
    Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ