1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.04.2019 14:52:23

Ayətullah Seyid Əli Xamenei İranın Tehran şəhərində təşkil olunan "Beynəlxalq Qurani Kərim Müsabiqəsi"nə qatılan iştirakçılar ilə bir araya gəlib.

İslamazeri.com "mehr" agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei  İranın Tehran şəhərində təşkil olunan "Beynəlxalq Qurani Kərim Müsabiqəsi"nə qatılan iştirakçılar ilə bir araya gəlib.

Qurani Kərimin önəmi hada danışan Ayətullah Xamenei "Heç şübhəsiz Qurani Kərim, insanın səadət və xoşbəxtçiliyi üçün hədəflənən kitabdır. Quran yalnız, axirət üçün deyil, eyni zamanda dünya üçün də xoşbəxtliq təqdim edər.", -deyə bildirib.

Fəth surəsinin 29-cu ayəsini (Muhəmməd  Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!)  tilavət edən Ayətullah Xamenei deyib: "İslam ümməti arasında Quranın tətbiq edilməməsi bir və ya iki misalla bitməz. Quran, müsəlmanlar üçün "Onunla (Muhəmməd Peyğəmbərlə) birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə öz aralarında isə mərhəmətlidirlər.", - tövsiyəsini verir. Bəziləri "kafirlərə qarşı sərt" mövzusunu unudaraq, kənara qoyuruq. Örnək olaraq bəzi İslam ölkələrində ABŞ və Sionistlərlə işbirliyi edərlər, Fələstində tökülən qanı heçə sayaraq onların haqlarınl məhv etdilər. Bu şəxslər "kafirlərə qarşı sərt" mövzusunu unudub, kafirlərin nökəri oldular. Bu an bir çox ərəb lideri bu yolu izləyir."

Ayətullah Xamenei sözlərinin davamında "Bir qrup isə "öz aralarında mərhəmətlidirlər" ayəsini unudub Müsəlmanlar arasında ixtilaf edirlər. Qurani Kərimə, Kəbəyə və Qibləyə inanan möminləri təkfir edirlər. İslam ölkələri bir birlərinə qarşı mərhəmətli davranmadığı zaman daxili müharibələr yaranır. Yəmən və Suriyada olduğu kimi. Yəmən 4 ildən çoxdur bombalanır. Bunu edənlər kimlərdir? Kafirlərdirmi? Xeyir, bu ölkə kafir deyil, müsəlmanlara mərhəmətli davranmaan bir İslam ölkəsidir.", -deyə bildirib.


Ayətullah Xamenei: Quranın bu ayəsini unudub nökər oldular...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ