EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.03.2018 08:49:28

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Suriyanın vəqflər naziri Əbdüssəttar Seyyid və bir qrup suriyalı alimi qəbul edib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei görüşü zamanı Qüdsdə  camaat namazının qılınacağı günün yaxın olduğunu bildirib.

"Ümidvaram hamımız sizin Qüdsdə camaat namazı qıldığı günü görək və o gün o qədər də uzaq deyil. İstər bizim kimilər olsun, istər olmasın.", -deyə o, bildirib.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei daha sonra İsrailin İrana qarşı təhdidlərinə toxunaraq "Bir neçə il sionist rejim İranı 25 ilə kimi elə edəcəyik, belə edəcəyik, deyirdi. Mən elə o zaman dedim, siz 25 il bundan sonranı dərk etməyəcəksiniz.", - deyə əlavə edib.

İnqilab rəhbəri İslam İnqilabının ilk vaxtlarında olan təhdidlərdən də danışıb: "İlk gündən etibarən, dünyanın bütün gücləri bizə qarşı bir araya gəldilər. Həm ABŞ, həm SSRİ, həm də NATO gücləri və bölgədəki Ərəb dövlətləri hamısı birləşdilər. Bizi çökdürməyə çalışdılar, fəqət (günü gündən) biz inkişaf etdik. Bu nə məna verir? Bunun ilk anlamı budur ki, böyük güclər deyilən güclərin istədiyi hər şey həmişə olmur."

İnqilab Rəhbəri Suriya prezidenti Bəşşar Əsəd haqqında "Suriya bu gün ön cəbhədə qərarlaşıb. Buna görə də bizim vəzifəmiz Suriyanın müqavimətini dəstəkləməkdir. Əlbəttə, Əsəd  bir mübariz simasında zahir olaraq, şəkk və şübhəyə yol vermədən tam qətiyyətlə dayanıb və bu xalq üçün çox önəmlidir.", -deyə qeyd edib.

Ayətulah Xamenei məzhəblər arasında fitnə yaradanlara işarə edərək bildirib: "Biz Londonun himayə etdiyi "şiə"ni, Amerika və İsrailin dəstəklədiyi "sünni"ni qəbul etmirik. Çünki, İslam küfr, zülm və hegemonçuluq ilə müxalifdir."


Ayətullah Xamenei: Qüdsdə camaat namazının qılınacağı gün yaxındır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ