EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.09.2017 10:31:22

İran İslam İnqilabının Ali Dini Lideri Myanma hadisələrindən və həll yolundan söz açıb.

İslamazeri.com-un "Khamenei.ir"-ə istinadən verdiyi xəbərə əsasən, bu günkü xaric fiqh dərsindən öncə Myanma hadisələrinə toxunan Ayətullah uzma Xamenei bildirib: "Bu məsələ həqiqətən də faciəli və misilsizdir. İslam ölkələrinin, dövlətlərinin, 1.5 milyard müsəlmanın, insan haqları iddiasında olan riyakar və yalançı dövlətlərin gözü önündə, rəhmsiz bir dövlət pənahsız insanları öldürür,  yandırır, evlərini dağıdır və vətənlərindən uzaqlaşdırırlar. Həqiqətən də qəribə hadisədir. Heç bir real reaksiya da müşahidə olunmur."
 Bu məsələnin həll yolundan söz açan Ayətullah Xamenei deyib: "Çarə budur ki, müsəlman dövlətləri əməli olaraq məsələyə daxil olsun. Demirəm ki, ora qoşun çəksin, lakin siyasi, iqtisadi təzyiqlər olunsun. Beynəlxalq arenalarda onlar əleyhinə fəryad qoparsınlar. İslam Respublikası zülm əleyhinə açıq aşkar etiraz etmə üsünlüyünü qoruyub saxlamalıdır. İstər bu zülm Yəməndə olsun, istər Fələstində, istər Bəhreyndə, istər Myanmada, istərsə də digər yerlərdə. İslam Respublikası bu hallara kəskin və şücaətli mövqeyini bildirməlidir."
İnqilab Rəhbəri Myanmada yaşanan faciənin kiçildilməsini, onun müsəlmanlar və buddistlər arasında məzhəbi toqquşma kimi qələmə verilməsini yanlış adlandırıb.
"Bu hadisədə dini təəssübkeşlik də rol oynamış ola bilər. Amma, bu hadisə siyasi bir məsələdir. Çünki, bu cinayəti törədən Myanma dövlətidir. Bu dövlətin başında isə Nobel Sülh Mükafatının laureatı olan qəddar bir qadın dayanır. Bununla da Nobel Sülh Mükafatının öldüyünü söyləmək olar.", -deyə İnqilab rəhbəri əlavə edib. 
Ayətullah Xamenei BMT baş katibinin Myanmada yaşanan faciəni sadəcə qınamaqla kifayətlənməsini də tənqid edərək  deyib:"İnsan haqlarını müdafiə iddiasında olanlar bəzən bir cinayətkarı cəzalandırmaq üçün böyük bir qalmaqal yaradırlar. Amma, Myanmada on minlərlə insanın qırğın edilməsi qarşısında heç bir reaksiya göstərmirlər."
 

Ayətullah Xamenei Myanma hadisələri haqda: Çarə budur...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ