1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:29.04.2020 15:11:04

İranda bəzi məhbusların azad olunması üçün onların vurduqları maddi ziyan və təzminatın ödənilməsi əsas şərtlərdən sayılır

Bunun üçün xeyriyyə aksiyaları keçirilir və diyə adlandırılan təzminat pulunun yığılması həyata keçirilir.

Bu aksiya "Qolrizan şənliyi" adı ilə təşkil olunur.

Bu ilki aksiya isə canlı yayım və virtual olaraq keçirilməsi nəzərdə tutulub. Bu aksiyaya İranın İslam İnqilabı rəhbəri Ayətullah Xameneinin qatılması da aksiyanın böyüklüyünü və medianın diqqətinə səbəb olur.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, ehtiyaclı məhbusların azadlığına yardım üzrə ölkənin diyə qərargahının 33-cü Qolrizan aksiyasına dəstək olaraq İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei 450 milyon tümən məbləğində vəsait ayırıb.

Qeyd edək ki, İranda bəzi məhbusların vaxtından əvvəl azad olunması üçün onların vurduqları maddi ziyan  şəriətin təyin etdiyi miqdarda (təzminat xarakterli)  xəsarət alana ödənilməsi əsas şərtlərdən sayılır.


Ayətullah Xamenei məhbusların diyə puluna yardım etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ