1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.06.2020 13:32:36

İran İslam İnqilabının lideri Ayətullah Xamenei bu gün yüksək vəzifəli məhkəmə məmurları ilə video-iclas keçirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei bu gün yüksək vəzifəli məhkəmə məmurları ilə video-iclas keçirib.

O bildirib ki, bütün istiqamətlərdə, o cümlədən ABŞ və Böyük Britaniyanın, həmçinin bir sıra Avropa dövlətlərinin düşmən hərbi təxribatları qarşısında işlərin görülməsi vacibdir.

Əgər biz öz borcumuzu yerinə yetirsək, Allahın izni ilə, onlar müfəvvəqiyyətsizliyə uğrayacaq və öz planlarını həyata keçirə bilməyəcəklər”, - deyə Ayətullah Xamenei əlavə edib.

O qeyd edib ki, ölkədəki inkişafın qarşısını almaq üçün düşmən dayanmadan səy göstərir.

Böyük dəyişiklərin yaratdığı çətinliklər məsələsində passiv olmaq olmaz, inadla hərəkət etmək, Allaha güvənmək və böyük dəyişikliklər yolunu mərdcəsinə davam etdirmək lazımdır”, - deyə o qeyd edib.

ABŞ prezidenti Trampın quldarlıq və irqçiliyi təmsil edən heykəlləri sökənlərin və ya mühacirlərin uşaqlarının valideynlərindən ayrılması ilə mübarizə aparanların cəzalanacağı ilə bağlı fikirlərinə işarə edən Ayətullah Xamenei bildirib ki, “Qərb ölkələri, həqiqətin ziddinə olaraq, kinolarda öz məhkəmələrini ədalətin bərqərar edildiyi instansiyalar kimi təsvir edir. Şübhəsiz, əksər Qərb filmlərində cəmiyyətdə törədilən qanunsuzluqlar barədə danışılmır”.

İslam İnqilabı lideri dini seminar və universitetlərdən olan mütəfəkkirlər, həmçinin məhkəmə aparatının təcrübəsindən istifadə edərək “məhkəmə sistemindəki dəyişikliklərə dair Sənədin daha yeni və daha irəlilədilmiş versiyasının” hazırlanmasına çağırış edib.

Dövrümüzdə pik həddə çatan korrupsiya ilə mübarizə səhlənkarlıq olmadan və haqq, ədalət və qanuna əsaslanaraq, həmçinin günahsız insanlara qarşı qəsd və zülm olmadan davam etdirilməlidir”, - deyə o bildirib.

 

 
 

 


Ayətullah Xamenei korrupsiya ilə mübarizə haqqında danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ