EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.04.2019 20:53:21

İran İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın İslam İnqilabının Keşikçilər Korpusunu terror siyahısına salmasını sərt sözlərlə tənqid edib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei İmam Hüseynin mübarək mövlud günündə İslam İnqilabının Keşikçilər Korpusu - SEPAH rəsmiləri və ailələrini qəbul edib.

O, ABŞ-ın İslam İnqilabının Keşikçilər Korpusunu terror siyahısına salmasını tənqid edərək "Onların düşmənçiliyinin səbəbi bu gücün ölkə ilə İslam İnqilabını müdafiə etməsi üçündür. ABŞ ilə cahil düşmənlər 40 il əllərindən gələn düşmənçiliyi etdilər, lakin heç bir qələt edə bilmədilər. (islamazeri) Keşikçilər Korpusu həm sərhəd bölgəsində, həm də sərhədimizdən uzaqda Həzrəti Zeynəbin ziyarətgahını mühafizə edərək düşmənə qarşı cəbhəyə öndərlik edirlər. Ayrıca siyasi sahədə də düşmənlə mübarizədədirlər.", -deyə bildirib.

Ayətullah Xamenei buna görə İslam İnqilabının Keşikçilər Korpusuna qarşı düşmənçilik edildiyini qeyd edərək deyib: "ABŞ özlərinə görə  İslam İnqilabının Keşikçilər Korpusuna qarşı plan hazırladıqlarını düşünürlər. Əlbəttə ki, bu çirkin addımlarla bir nəticə əldə edə bilməzlər. Onlar bu hiylələrilə özlərini aldadırlar. Amerikada İslam Respublikasının düşmənləri olan iqtidardakı Tramp ilə ətrafındakı axmaqlar get-gedə aşağıya doğru çökməkdədirlər."(islamazeri)

"İran İslam Respublikasına qarşı 40 illik hücumlara baxmayaraq inqilabın inkişafı, Amerikalıların İran xalqının hərəkətini durdurma mövzusunda gücsüz olduğuna işarədir.", -deyən İslam İnqilabı rəhbəri sözlərini belə bitirib: "Əziz İranımızın düşmənləri 40 il millətə qarşı hər cür siyasi, iqtisadi və qara piarlar istifadə etdilər, onlar hətta İslam İnqilabının ilk günlərində də heç bir qələt edə bilmədilər. Düşmənlərin xəyal gücünə dayanan düşüncələrinin əksinə, günümüzdəki İslami Nizamın nufuzu və gücü atom bombasına görə deyil, çünki əvvəldən nüvə silahlarının dini qaydalarımıza zidd olduğunu elan etdik və ona ehtiyacımızın olmadığını açıqladıq. Buna görə İran xalqı fədakarlığı, bəsirəti və müqaviməti üçün İslam Dünyasının gözündə dəyərlidir."


Ayətullah Xamenei İnqilab Keşikçilərini müdafiə etdi: ...40 ildir heç bir qələt edə bilməyib, bilməyəcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ