Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.05.2022 14:15:12

"Bu gün İsrail rejimi nə ona tamah salmalı şəraitdədir, nə də ondan qorxmaq lazımdır".

İslam İnqilabının Aliməqamlı Rəhbəri İsrailin Fələstin xalqına qarşı on illərdir davam edən zülmünü acı reallıq və İslam və ərəb dünyasına zərbə adlandıraraq deyib: İran İslam Respublikası ərəb dünyasından açıq şəkildə siyasi arenaya çıxmasını təvəqqe edir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei cümə axşamı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə vurğulayıb:

“Ərəb ölkələrinin sionist rejimin cinayətləri qarşısındakı mövqeyi qorxu və ya tamah əsasındadırsa, bilməlidirlər ki, bu gün işğalçı İsrail rejimi nə ona tamah salmalı şəraitdədir, nə də ondan qorxmaq lazımdır".

Ali məqamlı rəhbər regionun problemlərinin həllinin region ölkələrinin əlində və dialoq yolu ilə olduğuna toxunaraq bildirib ki, Suriya və Yəmən problemləri dialoqla həll oluna bilər. Əlbəttə təbii ki, dialoq zəif mövqedən olmamalıdır.

Ayətullah Xamenei regionu idarə etmək üçün başqalarının müdaxiləsinə ehtiyac olmadığını vurğulayaraq qeyd edib:

"Sionistlər ayaq basdıqları yerdə fitnə-fəsad törədirlər və ölkələrə heç bir güc və ya imtiyaz verə bilməzlər, region ölkələri həmfikirlik və əməkdaşlıq yolu ilə öz münasibətlərini gücləndirməlidirlər".

İnqilab Rəhbəri həmçinin İran və Qətər arasında siyasi və iqtisadi əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb və deyib:

"İran-Qətər münasibətlərinin möhkəmliyi və sabitliyi hər iki ölkənin maraqlarına uyğundur".

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsi çox aşağı və onu yüksəltmək lazımdır.

Qətər əmiri isə ikinci dəfə olaraq İrana səfərindən məmnunluğunu ifadə edərək, İslam İnqilabının Rəhbərinin İslam dünyasındakı mövqeyini yüksək qiymətləndirib.

O bildirib ki, sionist rejimin cinayətləri təəssüf doğurur, bu səbəbdən hər kəs Fələstindəki hadisələrə həssas yanaşmalıdır.


Ayətullah Xamenei: Bu gün İsrail hansısa ölkəni qorxuda biləcək vəziyyətdə deyil

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda koronavirusa yoluxmada SON VƏZİYYƏT
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842 test icra olunub.
     23.05.2022
    Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ