EURO 2,0016 NEFT 79,57
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:1.05.2018 03:04:17

Ayətullah Xamenei bu gün səhər fəhlə günü ərəfəsində minlərlə fəhlə və sahibkar ilə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının lideri Ayətullah Xamenei bu gün səhər fəhlə günü ərəfəsində minlərlə fəhlə və sahibkar ilə görüşüb.

Görüş zamanı ABŞ əleyhinə sərt açıqlamalar səsləndirən Ayətullah "Asiyanın qərbindən çıxmalı olan tərəf, İran İslam Respublikası deyil, Amerikadır. Bir neçə il bundan öncə dediyim kimi, "vur, aradan çıx" dövrü başa çatıb. Fars Körfəzi və Asiyanın qərbi bizim evimizdir, amma siz, əcnəbisiz və xəbiscəsinə hədəflər və fitnəkarlıq ardıncasınız.", -deyə bildirib.

İslam İnqilabının Rəhbəri Amerikanın Asiyanın qərbindəki iştirakından irəli gələn toqquşma, savaş və çaxnaşmalara toxunaraq sözlərinə belə davam edib: "Buna görə, amerikalılar bu regiondan silinməli və Asiyanın qərbindən çıxmalıdırlar."

O Amerikanın İran İslam Respublikasının müstəqil və azadlıqsevər quruluşu ilə mübarizə üzrə üsullarından birini regiondakı bəzi azdüşüncəli dövlətləri təhrik etmək və region daxilində ixtilaf və qarşıdurma yaratmaq adlandırıb: "Amerikalılar çalışırlar ki, səudları və bəzi region ölkələrini təhrik etməklə onları İran İslam Respublikasının qarşısında qoysunlar, amma əgər onların ağlı olsa, Amerikaya aldanmamalıdırlar."

 Ayətullah Xamenei "Amerikalılar istəyirlər ki, İran İslam Respublikası quruluşu və İranın qüdrətli xalqı ilə mübarizənin xərcini özləri ödəməsinlər və onu bəzi region dövlətlərinin boynuna qoysunlar.", -deyə əlavə edib. 

İslam İnqilabı rəhbəri sözlərinin sonunda deyib:  "Bəzi region ölkələri bilsinlər ki, əgər İran İslam Respublikası ilə üzləşərlərsə, mütləq zərbə alaraq, məğlub olacaqlar."

 Ayətullah Xamenei  həmçinin İran İslam Respublikası quruluşu ilə mübarizə üzrə hazırkı ən əsas planı, iqtisadi müharibə adlandırıblar.

İslam İnqilabının lideri Ayətullah Xamenei  İran məhsuluna dəstəyi, əcnəbilərə göz dikmədən daxili imkan və qabiliyyətlərə söykənməyi bu savaş ilə mübarizənin yeganə yolu adlandırıblar.


Ayətullah Xamenei "barmaq silkələdi": "Vur, aradan çıx" dövrü başa çatıb"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
    Pakistanda gün vurması nəticəsində onlarla insan dünyasını dəyişib.
     22.05.2018
    İsraildə ailələrdə cinsi təcavüz halları çoxalıb - STATİSTİKA
    "Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.
     22.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ