1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.05.2020 22:21:32

Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib

Məlum olduğu kimi Ayətullah Seyid Əli Xamenei sabah - bazar gününü bayram elan edib.

İslamazeri.com xəbər verir ki, Ayətullah Sistaninin Nəcəf bürosu isə bayram gününü bazar ertəsi 25 may tarixinə elan edib.

Bu haqda Alulbeyt Türkiyənin əsas təmsilçilərindən, həmçinin Ayətullah Şəhristaninin nümayəndəsi sayılan Höccətülislam Onurşan Rəhmani bildirib.

Ayətullah Sistaninin ofisindən verilən açıqlamada deyilir:

"Əziz möminlərin diqqətinə. Bü gün şənbə günəş batarkən hilalın görünməsilə bağlı aparılan müşahidələrdən, Şəvval ayının hilalı İraq və bu ölkəyə bitişik ölkələrdə görülməmişdir. Bir gün sonra daha açıq və böyük şəkildə görüləcəyi gözlənilir. Əlbəttə böyük görülməsi hilalın 2 günlük olduğunu göstərməz. Ayətullah Sistaninin fiqhi şərtlərinə əsasən, hər ayın biri; ayın o bölgədə və ya ətrafındakı bölgələrdə gözlə (teleskopsuz) görülməsilə sabit olur. Dolayısı ilə teleskopla görülməsi və ya dünyanın başqa bir bölgəsində görülməsi sabit olmaz. Bu səbəblə, yarın bazar günü Ramazan ayının sonuncu günü olub, bazar ertməsi Ramazan bayramıdır. 

Mütəal Allahdan hər kəsin saleh əməllərini qəbul etməsini diləyir, bayramlarını təbrik edir, bu mübarək günün bütün müsəlmanlara xeyir və bərəkətlərə vəsilə olmasını diləyirəm. 

Ayətullah Sistaninin Nəcəf bürosu."

Xəbəri İraqın məşhur telekanalının saytı da yayıb. Sumaria tv Ayətullah Sistaninin həmişə xəbərlərini yayan media qurumudur. Xəbərin linki

Qeyd edək ki,  mərcəi təqlid müctehidi Ayətullah Xameneinin ofisi isə sabah Şəvvalın 1-i və bayram olduğunu açıqlayıb,  bu haqda rəsmi saytı açıqlama yayıb.

Xəbəri böyük agentliklər: İRNAİRİBFars agenliyiMehr agentliyi və s yayıblar.

Açıqlamada qeyd edilib ki, bazar günü 24 may Şəvval ayının birinci günüdür və Fitr Bayramıdır.

Qeyd edək ki, Azərbaycan və İranın üfüqü eyni olduğundan hər iki ölkədə bayram sayılır. Həmçinin onu da qeyd edək ki, mərcəiyyətin fərqli fikirləri özlərinin şəriət qaydalarına əsaslanır, bu məsələdə Ayətullah Xamenei teleskopla hilalın görülməsini kifayət saysa da, Ayətullah Sistani ancaq canlı gözlə ayı görməyi şərt sayır. Odur ki, Ayətullah Sİstaninin müqəllidləri sabah oruc tutacaqları halda şəriətə uyğun, digər mərcəiyyətin müqəllidləri bayram etmələri şəriətə zidd deyil. Ayətullah Nuri Həmədani və bəzi mərcəiyyət də sabah - bazar gününü bayram elan edib. Bazar ertəsini bayram elan edən mərcəiyyət də az deyil.


Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ